Paata İmnadze: "Bu, fəlakətdir"
“Delta” variantının yayılmasından sonra uşaqların xəstələnməsi artıb. Bəzi hallarda uşaqlarda yoluxma nisbəti 20-30% -ə qədər yüksəlir.
InterPress.ge xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktor müavini Paata İmnadze deyib.
Onun sözlərinə görə, dövlət həm uşaqların, həm də böyüklərin sağlamlığını qorumaq üçün hər şeyi edir.
“Uşaqları daha çox qorumaq üçün bilirsiniz ki, valideynlər istəsə, 12 yaşından uşaqların peyvənd edilməsinə qərar verilib. Bu, xüsusilə hər hansı bir risk faktoru olan uşaqlara şamil edilir. Epidemiyaya gəlincə, təəssüf ki, kifayət qədər ağır günlər davam edir. Hər gün 70-dən çox həmvətənimiz dünyasını dəyişir. Kiçik ölkəmiz üçün bu, fəlakətdir. Təəssüf ki, bir müddət bu korona heç yerə getməyəcək. Həll yolu vaksinasiya və maska taxmaqdır. Bunun üçün həvəsləndirici tədbirlər başladıldı. Vaksinasiya təqaüdçülər üçün çox vacibdir. Eyni şeyi təşviqat lotereyası haqqında da demək olar. İnsanların həyatını xilas etmək və sağlamlığının qayğısına qalmaq üçün hər şey edilir”, - Paata İmnadze bildirib.


