Müəyyən olunmuş obyektlərə kovid pasportu olmayanlar girdiyi təqdirdə bu şəxslər cərimələnəcək
Dekabrın 1-dən kovid pasportu olmayan şəxs müxtəlif obyektlərə daxil olarsa, cərimə vətəndaşa deyil, biznes subyektinə tətbiq ediləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Əmək Müfəttişliyinin rəisi Beka Peradze məlumat verib.
O bildirib ki, kovid pasportu olmayan şəxsi müəssisəyə buraxan fərdi sahibkar 2000 lari, hüquqi şəxs isə 10 min lari məbləğində cərimələnəcək.
“Qanun pozuntusu aşkar edildikdə yalnız obyekt cərimələnəcək, kovid pasportu olmayan vətəndaş isə belə halda cərimələnməyəcək. Əmək Müfəttişliyi indiyə qədər kovid qaydalarının icrasına nəzarət etdiyi kimi, yaşıl pasportlarda əməl edilməli olan qaydaların icrasına da nəzarət edəcək. Bunlar planlı və qeyri-planlı yoxlamalar olacaq və biz obyektin yaşıl pasportlar üçün tələblərə nə dərəcədə əməl etdiyini müəyyən edəcəyik. Əgər pozuntu aşkarlasaq, bu, fiziki şəxsə qarşı 2000 min lari, hüquqi şəxsə 10 000 lari cərimə ilə nəticələnəcək. Şirkət sistematik şəkildə bu qanunu pozarsa və bu barədə məlumatımız olarsa, bu, möhürlənmə və həmçinin fəaliyyətinin müvəqqəti dayandırılması üçün əsas ola bilər. Bu qaydalar dekabrın 1-dən sonra qüvvəyə minəcək. Şirkət buna icazə verməməlidir və əgər verərsə, bu, artıq şirkətin məsuliyyətidir. Yalnız şirkət cərimələnir, vətəndaş deyil.
Yoxlamaya ölkə üzrə müxtəlif qurumlar cəlb olunacaq. Bu, Daxili İşlər Nazirliyinin müvafiq struktur bölmələri, Maliyyə Nazirliyinin müvafiq xidmətləri, yerli bələdiyyələr və s. olacaq. Biz birgə nəzarət edəcəyik”, – Beka Peradze bildirib.
Nəzərinizə çatdırırıq ki, dekabrın 1-dən vətəndaşlar qida obyektlərinə, restoranlara, kafelərin və barların açıq və qapalı məkanlarına, kinoteatrlara, teatrlara, operalara, muzeylərə, konsert salonlarına, əyləncə mərkəzlərinə, kazinolar və qumar müəssisələrinə, spa mərkəzlərinə, idman zallarına, otellərə, həmçinin dağ kurortlarına - kanat yollarına yalnız "Yaşlı pasport" vasitəsilə daxil ola biləcəklər.
Uşaq əyləncə mərkəzlərinə gəlincə, “Yaşıl pasport” tələbi yalnız 18 yaşdan yuxarı vətəndaşlara şamil olunacaq.


