22 
Nybr
2021
10:40
554

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1 851 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 814 097 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 5 530 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 755 229 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 55 nəfər ölüb və ölənlərin ümumi sayı 11 553 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın