22 
Nybr
2021
10:31
404

Bu gün bütün cəzaçəkmə müəssisələrində əmanətlərin qəbuluna başlanıldı

Xüsusi Penitensiar Xidmətin tabeliyində olan bütün cəzaçəkmə müəssisələrində "Müqəddəs Qiorqi Günü" münasibətilə təqsirləndirilənlər/məhkumlar üçün əmanətlərin qəbuluna başlanılır.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Xüsusi Penitensiar Xidmət yayıb.

Onların sözlərinə görə, bu gün saat 10:00-dan 19:00-dək cəzaçəkmə müəssisələrində əmanətlərin qəbulu mümkün olacaq.

“Xüsusi Penitensiar Xidmət əmanətlərin qəbulu prosesinin rahat keçməsini təmin edir. Xüsusi Penitensiar Xidmət sizi "Müqəddəs Qiorqi Günü" münasibətilə təbrik edir”, - deyə Penitensiar Xidmətin açıqlamasında bildirilir.

Bizimlə əlaqə saxlayın