Xulo bələdiyyəsinin Dekanaşvilebi kəndində avtomobil qəzası nəticəsində bir azyaşlı ölüb, üç nəfər yaralanıb.
InterPress.ge xəbər verir ki, xəsarət alan gənclər Batumi və Xulo klinikalarına aparılıb.
Yerli sakinlərin sözlərinə görə, hadisə gecə saatlarında baş verib, avtomobil dərəyə düşüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma başlanılıb.
