Sabah Marneulidə immunizasiya prosesi olacaq
Peyvəndin təbliği kampaniyası çərçivəsində sabah, noyabrın 20-də Marneulidə vətəndaşların koronavirusa qarşı immunizasiya prosesində iştirak edə biləcəkləri tədbir keçiriləcək.
InterPress.ge xəbər verir ki, Bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
Ədliyyə Evinin mobil qrupları səfərbər olunacaq.
Peyvənd olunmuş şəxslər öz xidmətlərini pulsuz, eləcə də müxtəlif endirim vauçerləri alacaqlar.
Tədbirə qatılacaqlar: Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elm sahəsində direktor müavini Paata İmnadze; Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Yoluxucu Xəstəliklər şöbəsinin müdiri - Xatuna Zaxaşvili; Kvemo Kartli Dövlət Nümayəndəsi - Şota Rexviaşvili; Marneuli və Qardabaninin majoritar deputatı - Zaur Darğallı.
Saat 13:00-da başlayacaq tədbir günün birinci yarısında qeyri-rəsmi hissə uşaqlara həsr olunacaq. Animatorlar, nağıl personajları və s. onların əhval-ruhiyyəsi üçün çalişacaqlar.


