19 
Nybr
2021
15:13
429

Avropa Parlamentinin deputatı: "Avropa İttifaqı həbsdə olan Mixeil Saakaşvilinin işində iştirak etməlidir"

"Avropa İttifaqı həbsdə olan Mixeil Saakaşvilinin işində iştirak etməlidir, Tbilisidə həkimlər keçmiş prezidentin vəziyyətini kritik qiymətləndiriblər".

InterPress.ge xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Ana Fotiqa Polşa mətbuatına müsahibəsində bildirib.

Fotiqa hesab edib ki, keçmiş prezidentin hüquqları pozulur və ona siyasi məhbus kimi münasibət göstərilir.

Avropa Parlamenti deputatı onun başqa həbsxanaya köçürülməsini də tənqid edərək, Mixeil Saakaşvilinin Vladimir Putinin düşməni və qərbyönlü dəyişikliklərin simvolu olduğunu vurğulayıb.

Ana Fotiqa müsahibəsində onu da bildirib ki, Gürcüstana səfəri zamanı o, siyasətçilərlə, o cümlədən müxalifət liderləri, parlament sədri, Mixeil Saakaşvilinin həkimi və gürcülərin çox güvəndiyi ombudsmanla danışıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər