19 
Nybr
2021
12:06
999

Gənc oğlan əməliyyatdan sonra dünyasını dəyişdi - Ailə həkimləri günahlandırır

Ninocminda bələdiyyəsinin Poka kəndində yaşayan 19 yaşlı oğlan əməliyyatdan sonra dünyasını dəyişib.

InterPress.ge xəbər verir ki, məlumatı “Rustavi 2” yayıb.

Ölən uşağın ailəsi hadisədə klinikanı günahlandırır.

Ailə yaxınlarının verdiyi məlumata görə, mərhum noyabrın 11-də Axalçixe xəstəxanasında mədə xorasından əməliyyat olunub və noyabrın 16-da xəstəxanadan buraxılsa da, ayın 17-də xəstənin qaytarılmasını tələb ediblər və o, tezliklə dünyasını dəyişib.

"Bizə zəng edib təcili əməliyyat etdiklərini dedilər. Dörd gündən sonra xəstəxanadan buraxıldı və evə apardıq. Özünü yaxşı hiss edirdi. Bundan sonra onu geri aparmağımızı istədilər və 10 gündən sonra buraxacaqlarını dedilər. Xəstəxanaya apardıq və bu gün bizə zəng etdilər ki, vəziyyəti pisləşib, Axalkalaki xəstəxanasına aparılıb. Axalkalaki xəstəxanasında bizə dedilər ki, onu aparanda artıq ölüb.

Nə baş verdiyini bilmirik. Biz bunun niyə baş verdiyini anlamaq istəyirik", - mərhumun yaxınlarından biri Rustavi 2-yə deyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər