1 USD =
3.0967 GEL
1 EUR =
3.4993 GEL
1 TRY =
0.2247 GEL
100 RUB =
4.1955 GEL
1 AZN =
1.8215 GEL
19 
Nybr
2021
09:40
1319

ABŞ Mixeil Saakaşvili ilə bağlı Gürcüstana çağırış edib

“ABŞ Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin oktyabrın 1-də həbs olunmasından sonra müalicəsini yaxından izləyir. Biz Gürcüstan ombudsmanının onun vəziyyətinin qiymətləndirilməsi üçün müstəqil həkim qrupunun yaradılması üzrə işini yüksək qiymətləndiririk”.

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında bildirilib.

“Biz israrla Gürcüstan hökumətini Mixeil Saakaşvilini ədalətli və ləyaqətlə müalicə və xalq müdafiəçisinin tövsiyələrinə əməl etməyə çağırırıq”, - sənəddə deyilir.

ABŞ Dövlət Departamenti həmçinin Gürcüstan hökumətini sabiq prezidentin bütün məhkəmə dinləmələrində iştirakını təmin etməyə çağırıb.

Qeyd edək ki, Gürcüstanda həbsdə olan sabiq dövlət başçısının ötən gün vəziyyəti pisləşib. Noyabrın 8-də yerləşdirilyidi Tbilisinin Qldani həbsxanasının klinikasında yıxılaraq huşunu itirən siyasətçinin vəziyyəti reanimasiya tədbirləri nəticəsində sabitləşdirilib.

Bizimlə əlaqə saxlayın