Kobaxidze: “Mixeil Saakaşvili ölkəmizin anti-simasıdır, anti-simvoldur”
“Mixeil Saakaşvili ölkəmizin anti-simasıdır, anti-simvoldur - işgəncə verən, öldürən adam dövlətin siması deyil, antisimasıdır”.
InterPress.ge xəbər verir ki, bunu jurnalistlərə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze deyib.
Onun qeyd etdiyinə görə, prezidentin tənqid atəşinə tutduğu kadrların yayılmasının xoş mənzərə olmayacağını bilsələr də, müxalifətin özü tələb edib.
Kobaxidzenin sözlərinə görə, ictimaiyyət Saakaşvilini əvvəllər də oxşar vəziyyətdə görüb.
"Radikal müxalifət və ona aid media qurumları həmin görüntülərin yayılmasını tələb edirdilər. İctimaiyyəti çaşdırmamaları üçün görüntülər ictimailəşdirildi. Hamı əvvəlcədən bilirdi, təbii ki, kadrlara baxmaq gözəl olmayacaq, “Milli Hərəkat” və onun mətbuatı bunu bilirdi, ancaq yenə də ictimaiyyətə açıqlanmasını tələb edirdilər, nəticədə media bu xoş olmayan mənzərəni gördü, halbuki Saakaşvilini dəfələrlə belə vəziyyətdə görmüşük. Cəmiyyət onu üçüncü dəfədir ki, belə vəziyyətdə gördü. Bu, Mixeil Saakaşvilinin simasıdır. O, ölkəmizin anti-simasıdır, anti-simvoldur - işgəncə verən, öldürən adam dövlətin siması deyil, antisimasıdır", - deyə o söyləyib.


