18 
Nybr
2021
14:16
3379

Bu kəntdə yalnız qadınlar yaşayır, kişilər isə yalnız bazar günü gələ bilər

Braziliyada yalnız qadınların yaşadığı bir kənd var. 

InterPress.ge xəbər verir ki, bu kənd Noiva de Kordeiro kəndidir. (Noiva do Cordeiro)

600 nəfərlik kənd Braziliyanın cənub-şərqində yerləşir. Kənd yalnız qadınlar üçündür, ancaq nadir hallarda kişilər də görünür. Kişilərin orada yaşamamasının səbəbi qadınların qoyduğu qadağan olunmuş qaydalardır ki, buna görə kişilər başqa qəsəbədə yaşamalıdırlar. Kişilərin kəndə yalnız bazar günü gəlməsinə icazə verilir, bundan əlavə 18 yaşdan yuxarı bütün oğlanlar kəntdən ayrı düşüb. Qadınlar hər şeyi müstəqil şəkildə edirlər: işləyirlər, oxuyurlar, uşaqlara baxırlar və şəhərlərə də səyahət edirlər. Onların yeganə problemi ailə həyatı qurmaqdır. Kənd qadınları rayonlarını çox sevirlər, amma yaxşı bilirlər ki, kişilər olmadan yaşamağa öyrəşməlidirlər... ona görə də ailə qursalar, yoldaşları da kəndi tərk etməli olacaqlar.

Kəndin yaranma tarixi də kifayət qədər maraqlıdır: - 1891-ci ildə Maria Seniorina zorla bir kişiylə evləndirilib, daha sonra isə onu tərk edib. Daha sonra katolik kilsəsi Maria Seniorinanı kilsədən çıxarıb. Kəndin tarixi burada başlayır, bu güclü qadın yalnız qadınların yaşayacağı bir kənd qurub. Kəndin yaradıcısı 1995-ci ildə vəfat etsə də, onun kənddəki adət-ənənələri dəyişməz olaraq qalıb. Kənddə bir restoran, kiçik xəstəxana, iki aptek, məktəb və 3 obyekt var.

 

Bizimlə əlaqə saxlayın