18 
Nybr
2021
12:06
1354

Gürcüstanda 12 yaşlı oğlan təcavüzə məruz qaldı

Sameqreloda 40 yaşlı kişi azyaşlıya cinsi təcavüzdə ittiham olunaraq saxlanılıb.

InterPress.ge xəbər verir ki, zərərçəkmiş 12 yaşlı oğlan uşağıdır.

Məlumata görə, uşağın atası faktın şahidi olub və polisə müraciət edib. Hadisə 2 gün əvvəl Sameqreloda kəndlərdən birində baş verib.

Təqsirləndirilən şəxs həmin gün saxlanılıb. O, istintaq təcridxanasına aparılıb. Yeniyetmə ekspertizadan keçəcək.

İstintaq Cinayət Məcəlləsinin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmağı nəzərdə tutan 140-cı maddəsi ilə aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər