Növbəti günlər üçün hava proqnozu açıqlandı
Noyabrın 19-24-dək Şərqi Gürcüstanda yağmur gözlənilmir. Temperatur +12 ilə +16 dərəcə arasında dəyişəcək, lakin Şida Kartlidə nisbətən aşağı temperatur və az yağış gözlənilir. Havanın +10 dərəcəyədək isti olacağı, noyabrın 20-21-də yağış yağacağı gözlənilir.
InterPress.ge xəbər verir ki, noyabrın 19-da Qərbi Gürcüstanda yağış gözlənilmir, ancaq sinoptiklər noyabrın 20-21-də yağış yağacağını gözləyirlər.
Noyabrın 22-dən havanın açılacağı, noyabrın 24-dək yağmursuz hava şəraiti gözlənilir. Havanın orta temperaturu +14 dərəcə təşkil edəcək.
Noyabrın 19-22-də yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Burada havanın temperaturu gecə 4 dərəcə şaxta, gündüz +5 dərəcə isti təşkil edəcək. Noyabrın 22-24-də qar dayanacaq, havanın temperaturu +6 dərəcəyədək yüksələcək.
Noyabrın 19-24-də Tbilisidə yağış gözlənilmir. Havanın temperaturu +12, +14 dərəcə təşkil edəcək.


