Tbilisidə gənc oğlan bıçaqlanıb
Qldanidə gənc oğlan bıçaqlanıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi Baş İdarəsinin əməkdaşları 1990-cı il təvəllüdlü V.Q.-nı qəsdən sağlamlığa ağır zərər vurmaq ittihamı ilə Tbilisidə saxlayıblar.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs mübahisə zəminində Qldanidə 2000-ci il təvəllüdlü Q.M.-yə soyuq silahla xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılıb və orada müvafiq tibbi yardım göstərilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədən bir neçə saat sonra təqsirləndirilən şəxsi saxlayıblar.
Polis cinayət silahını - bıçağı sübut kimi götürüb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurmağı nəzərdə tutan 117-ci maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cinayət 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


