Sarpda bir nəfər saxlanıldı
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gəlirlər Xidmətinin Gömrük Departamentinin nümayəndələrinin koordinasiyası ilə həyata keçirilən tədbirlər nəticəsində bir nəfəri külli miqdarda bəyan edilməmiş malları Gürcüstanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirməkdə cinayət məsuliyyətinə cəlb ediblər.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı İstintaq Xidməti yayır.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Sarp gömrük-keçid məntəqəsi vasitəsilə Gürcüstana müxtəlif növ mallar gətirib, orada gömrük nəzarəti nəticəsində bəyan edilməmiş qiymətli metal məmulatları aşkar edilib. Araşdırmalar nəticəsində gömrük dəyəri 565 000 laridən artıq olan 5 kiloqramdan artıq qızıl əşyalar götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin ikinci hissəsi ilə istintaq davam etdirilir ki, burada da 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.


