17 
Nybr
2021
16:49
883

Mixeil Saakaşvilinin son vəziyyəti açıqlandı

"Mixeil Saakaşvilinin vəziyyəti qənaətbəxşdir".

InterPress.ge xəbər verir ki, bu barədə həkim anestezioloq-reanimatoloq Sandro Mateşvili deyib.

Penitensiar Xidmətdə keçirilən brifinqdə həkim bildirib ki, üçüncü prezidentin 3 gündür dərman qəbul etməməsi vəziyyətinin pisləşməsinə səbəb olub, baxmayaraq ki, hazırkı mərhələdə laboratoriya məlumatları yaxşılaşıb.

"Xəstə son 3 gün ərzində dərman qəbul etmədiyi üçün laboratoriya məlumatlarında dəyişikliklər qeyd olunub. Dünən xəstə bütün təyin olunmuş dərmanları qəbul edib və buna görə də laboratoriya məlumatları, o cümlədən kalium səviyyəsi yaxşılaşıb. Hazırda xəstə təyin edilən dərmanları qəbul etməyə davam edir. Vəziyyəti stabildir. Əsas həyati məlumatlar nəbz, təzyiq, qandakı qlükoza səviyyəsi norma daxilindədir. Hazırki vəziyyətdə onun həyatı təhlükədə deyil", - Sandro Mateşvili bildirib.

Mateşvilinin sözlərinə görə, müəssisə aclıq elan edən məhbusların vəziyyətinin idarə edilməsi və onların aclığının reabilitasiyası üzrə böyük təcrübəyə malikdir.

Mixeil Saakaşvili artıq 48 gündür ki, aclıq aksiyası keçirir. Saakaşvili mülki klinikaya aparılacağı təqdirdə aclıq aksiyasını dayandırmağa hazır olduğunu deyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər