17 
Nybr
2021
16:27
9306

Gürcüstan vətəndaşları Azərbaycana necə gedə bilər?

Gürcüstan vətəndaşlarının Azərbaycana kovid vaksini şərtləri ilə giriş qaydaları açıqlanıb.

InterPress.ge xəbər verir ki, kovid vaksini ilə giriş şərtləri belədir:

Azərbaycan Respublikasına şəxsi və ya işgüzar səfər üçün hava yolu ilə səyahət etmək istəyən və peyvəndin tam kursundan keçmiş (iki doza və ya Janssen (J&J) peyvəndi  vəziyyətində bir doza) Gürcüstan vətəndaşları üçün Azərbaycan Nazirlər Kabinetinin Operativ Qərargahının icazəsi lazımdır.

İcazə verilən peyvəndlər: Pfizer-BioTech, AstraZeneca, Moderna, Janssen (Johnson & Johnson), Sinopharm, Sinovac və Sputnik V.

Vətəndaş sərhədi keçərkən, son 72 saat ərzində keçirilmiş PCR testinin mənfi nəticəsini təsdiq edən sənədi (1 yaşa qədər uşaqlara şamil edilmir), habelə kovid pasportu və ya koviddən sağalma haqqında arayış təqdim etməlidir.

Kovid vaksinsiz giriş şərtləri

Kovid vaksini olmadan yalnız aşağıdakı kateqoriyalar əvvəlcədən icazə almadan Azərbaycan Respublikasına şəxsi və ya işgüzar səfər üçün hava yolu ilə səyahət edə bilər:

  • Azərbaycanda işləmək/yaşayış icazəsi olan şəxslər;
  • Azərbaycan vətəndaşının ailə üzvləri (həyat yoldaşı, uşaq, valideyn)

Sərhədi keçərkən vətəndaş yola düşməzdən əvvəl son 72 saat ərzində keçirilmiş PCR-testinin mənfi nəticəsini təsdiq edən sənəd təqdim etməlidir (1 yaşa qədər uşaqlara şamil edilmir).

Tranzit şərtləri

Azərbaycan ərazisindən tranzit keçmək üçün vətəndaş təyinat ölkəsinin tələblərinə cavab verməli, o cümlədən son 72 saat ərzində keçirilmiş PCR testinin mənfi nəticəsini təsdiq edən sənəd təqdim etməlidir (1 yaşa qədər uşaqlara şamil edilmir).

Bizimlə əlaqə saxlayın