Kovid sertifikatı ilə xaricə səyahət etməzdən əvvəl nələrə diqqət etməlisiniz?
Gürcüstan da 49 ölkənin üzv olduğu Ümumi Rəqəmsal Kovid Pasportu Sahəsinə qoşulub. Gürcüstan vətəndaşları indi 27 Aİ və 22 qeyri-Aİ ölkəsinə yalnız rəqəmsal kovid sertifikatı və Gürcüstanda verilmiş kovid kartı ilə səyahət edə bilər.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının rəsmi məlumatında deyilir.
Hökumət administrasiyasının məlumatında izah edildiyinə görə, rəqəmsal kovid sertifikatından istifadə etmək üçün vətəndaşlar App Store-dan Georgia e-Health tətbiqini yükləməli və asan qeydiyyatdan keçməlidirlər. Tətbiqdə şəxsin statusu (vaksin, test və kovid keçirməsi) haqqında məlumat göstərilir.
“Vətəndaş hər hansı səbəbdən rəqəmsal kovid sertifikatı üçün tələb olunan tətbiqi yükləyə bilmirsə, o, Ədliyyə Evinə müraciət etməli və kovid kartı almalıdır. Əgər vətəndaş noyabrın 17-dək kovid kartı alıbsa, onu yeniləmək lazımdır.
İstənilən halda, xaricə səfər etməzdən əvvəl şəxs Gürcüstan Xarici İşlər Nazirliyinin internet saytından bu və ya digər ölkənin Gürcüstan vətəndaşlarına hansı siyasət/qaydalar tətbiq etdiyini yoxlamalıdır”, - deyə hökumət administrasiyasının rəsmi məlumatında deyilir.


