17 
Nybr
2021
11:30
636

Mixeil Saakaşvilinin məhkəmə iclaslarında iştirakına qanunsuz məhdudiyyət qoyulur - DRI

Ədliyyə Nazirliyinin Mixeil Saakaşvilinin məhkəmə iclaslarında iştirakını məhdudlaşdırmaq qərarı qanunsuzdur.

InterPress.ge xəbər verir ki, bu barədə Demokratiya Tədqiqat İnstitutunun yaydığı bəyanatda deyilir.

Təşkilat məhkəmə iclaslarında Mixeil Saakaşvilinin fiziki iştirakını təmin etmək üçün Ədliyyə Nazirliyinə müraciət edir.

"Demokratiya Tədqiqat İnstitutu (DRI) Mixeil Saakaşvilinin məhkəmə iclaslarında birbaşa iştirak hüququnun məhdudlaşdırılmasına münasibət bildirir və Ədliyyə Nazirliyinin səlahiyyətinə daxil olan Xüsusi Penitensiar Xidmətin qərarını qanunsuz hesab edir.

Penitensiar Xidmət Mixeil Saakaşvilinin məhkəməyə “aparılması” ilə bağlı bəyanat yayıb və izah edib ki, Dövlət Təhlükəsizlik Xidmətindən daxil olan məlumat əsasında Mixeil Saakaşvilinin məhkəmə zalına aparılması zamanı nəzarətsiz vəziyyət və xaos yarana bilər ki, bu da, köçürülmə prosesinə mane olar.

Xüsusi Penitensiar Xidmətin iclaslarda distant iştirakla bağlı arqumentləri iclasın distant keçirilməsi ilə bağlı qanuni tələblərə uyğun gəlmir, həmçinin bu əsasda Gürcüstan qanunvericiliyi təqsirləndirilən şəxsin/məhkumun məhkəmə iclasında iştirakına məhdudiyyəti tanımır.

DRI Ədliyyə Nazirliyini Avropa İnsan Haqları Konvensiyası, Gürcüstan Konstitusiyası və Gürcüstan qanunvericiliyi çərçivəsində qalmağa, Mixeil Saakaşvilinin məhkəmədə fiziki iştirakını təmin etməyə çağırır", - deyə məlumatda bildirilir.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər