Ukraynalı ombudsman Mixeil Saakaşvilinin vəziyyəti ilə bağlı beynəlxalq təşkilatlara və diplomatlara məlumat verib
"Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin hüquqlarının pozulması ilə bağlı beynəlxalq ictimaiyyət, hüquq müdafiə təşkilatları və diplomatlar məlumatlandırıldı".
InterPress.ge xəbər verir ki, bunu Ukrayna ombudsmanı Lüdmila Denisova Facebook-da yazıb.
"Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin hüquqlarının pozulması ilə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçeletə, ATƏT-in rəhbəri An Linde, Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçə, BMT-nin işgəncələrin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Ukraynada 9 beynəlxalq Avropa Komitəsinə və Ukraynada akkreditə olunmuş 78 diplomatik nümayəndəliyə məlumat verdim. Ümid edirəm ki, beynəlxalq ictimaiyyətin diqqətinin Mixeil Saakaşvilinin hüquqlarının pozulmasına yönəldilməsi onun həyat, təhlükəsizlik, müvafiq tibbi yardım almaq və ədalətli məhkəmə hüquqlarını təmin edəcək", - Ukrayna ombudsmanı yazıb.


