17 
Nybr
2021
10:50
440

Son 24 saat ərzində koronavirusa yoluxanların sayı açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 4 732 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 795 847 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 4 812 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 731 996 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 72 nəfər ölüb və ölənlərin ümumi sayı 11 212 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər