Noyabrın 16-da Tbilisi vaxtı ilə saat 23:28-də Gürcüstanda növbəti zəlzələ baş verib.
InterPress.ge xəbər verir ki,bu barədə məlumatı Milli Seysmik Monitorinq Mərkəzi yayıb.
Məlumatına görə, yeraltı təkanların episentri Dmanisi şəhərindən 11 km cənub-şərqdə, Ququti kəndi yaxınlığında yerləşib.
Zəlzələnin gücü 3,0 bal olub.
Bundan əvvəl Tbilisi vaxtı ilə saat 10:43-də Dmanisidən 10 km cənub-şərqdə, Qora kəndi yaxınlığında zəlzələ baş verib.
Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 3,3 bal olub.
