14 
May
2020
23:34
770

Ramazan ayının 21-ci gününün imsak, iftar duası və vaxtları

Ramazan təqviminə əsasən, mayın 15-də imsak Tbilisi vaxtı ilə saat 03:46-da, iftar vaxtı isə 20:32-dədir. İftar vaxtı bir neçə dəqiqə ehtiyyat etmək məsləhət görülür.

21-ci günün imsak vaxtının duasını təqdim edirik:

Duanın oxunuşu: “Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin!”.

Tərcüməsi: “İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!”

İftar duası:

Duanın oxunuşu: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul etsin!

Bizimlə əlaqə saxlayın