14 
May
2020
20:13
1235

Qardabanidə altı kəndə yeni yol çəkilir - FOTO

Qardabani bələdiyyəsində Səhiyyə Nazirliyinin tövsiyələri nəzərə alınaraq infrastruktur layihələri həyata keçirilir.

InterPress.ge xəbər verir ki, bu barədə Qardabani meriyasının mətbuat xidmətindən məlumat verilib.

Mərkəzi və yerli hakimiyyət orqanlarının qərarına əsasən, əvvəllər daxili yolları olmayan kəndlərdə yol çəkiləcək.

Kalinin, Nəzərli, Krtsanisi, Qaracalar və Ağtəhlə kəndlərində yol tikintisi Regional İnkişaf Fondu tərəfindən maliyyələşdirilir, Kosalı kəndindəki yol tikinti işləri isə Daimi İnkişaf Fondu və yerli özünüidarəetmə tərəfindən maliyyələşdirilir.

Kvemo Kartli qubernatoru Şota Rexviaşvili, Qardabani Bələdiyyəsinin meri Ramaz Budağaşvili və digır rəsmi şəxslər bələdiyyədə aparılan iş prosesi və görülən işlərin keyfiyyəti ilə tanış olublar.

Qeyd edək ki, görülən işlərə 3 milyon 611 min lari vəsait xərclənir.

Bizimlə əlaqə saxlayın