14 
May
2020
19:43
2359

Vətəndaşların nəzərinə: Hökumət adminstrasiyası bu qadağanın qüvvədə qaldığını bildirir

Hökumət administrasiyası açıqlayır ki, üçdən artıq insanın toplanmasına aid məhdudiyyətin aradan qaldırılmasına baxmayaraq, 10-dan artıq insanın toplanması barəsində qadağa qüvvədə qalır.

InterPress.ge xəbər verir ki, bu barədə Hökümət adminstrasiyası məlumat yayıb.

“Məlum olduğu kimi, Gürcüstan hökumətinin qərarı ilə, 18 maydan, bazarertəsindən, gözəllik salonları və estetik mərəkəzləri açılır, həmçinin qapalı, eləcə də açıq məkanlarda üçdən artıq insanın toplanmasına aid məhdudiyyətin aradan qaldırılmasına baxmayaraq, 10-dan artıq insanın toplanması barəsində qadağa qüvvədə qalır.

Həmçinin avtonəqliyyat ilə hərəkət barədə məhdudiyyət qüvvədə qalır – 3-dən artıq insanın hərəkət etməsi qadağandır. Sərnişinlər sürücünün arxa tərəfində olmalıdırlar. Gürcüstan hökumətinin qərarı ilə, bu gündən Rustavi və Qardabaniyə giriş-çıxış barədə olan məhdudiyyət aradan götürüldü. 18 maydan isə, qeyd olunan məhdudiyyət Marneulidə də götürüləcək.

Cari ilin iyulun birindən Gürcüstan, xarici turistlərin qəbulu üçün hazır olacaq”, – Gürcüstan hökuməti administrasiyasının məlumatında deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər