Bu gün, Noyabrın 16-da Tbilisidə Vahid Milli Hərəkatın təşkilatçılığı ilə aksiya keçiriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə partiya sədri Nika Melia brifinqdə bildirib.
Onun qeyd etdiyinə görə, saat 14:00-da Respublika meydanında toplaşacaqlar.
“Növbəti etiraz aksiyası keçiriləcək. Avtomobil kərvanı ilə yürüş keçiriləcək və üç toplaşma yeri olacaq.
Saat 14:00-da Respublika meydanında toplanacağıq- Ağmaşenebeli xiyabanında, Mərkəzi Seçki Komissiyasının yanında, Kaxeti şossesindəki VMH ofisi yaxınlığında"- Nika Melia.
