Penitensiar Xidmət növbəti dəfə Mixeil Saakaşvilini məhkəməyə göndərməkdən imtina etdi
Xüsusi Penitensiar Xidmət Mixeil Saakaşvilinin məhkəməyə aparılması ilə bağlı bəyanat yayıb və bildirib ki, hazırkı mərhələdə o müalicəsinin əhəmiyyətli bir hissəsini dayandırıb və məhkəmədə iştirakı onun sağlamlığı üçün əlavə təhlükə yaradır.
InterPress.ge xəbər verir ki, müvafiq qərar qəbul olunarsa, Xüsusi Penitensiar Xidmət Saakaşvilinin məhkəmə iclasında distant iştirakını, eləcə də məhkəmə iclasının təqsirləndirilənlər və məhkumlar üçün 18 saylı tibb müəssisəsində keçirilməsi imkanını təmin edəcək.
"Cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 315-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayətlə araşdırılır və Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai şəkildə yaydığı açıqlamaya əsasən məlum oldu ki, bir sıra siyasi partiyalara məxsus avtomobillər vasitəsilə Saakaşvilini cəzaçəkmə müəssisəsinə aparmağa mane olmaq üçün yolların bağlanması planlaşdırılırdı. Onlar 500-600-ə yaxın avtomobilin iştirak edəcəyi, idarəolunmaz vəziyyətə, xaosa və mövcud vəziyyətin Mixail Saakaşvilinin aparılmasına əngəl törədəcək bu dağıdıcı aksiyaları həyata keçirmək niyyətində idilər. Bu cür hərəkətlər onun məhkəmə zalına aparılması zamanı da baş verə bilər.
Qeyd edək ki, Xüsusi Penitensiar Xidmətin Dövlət Təhlükəsizliyi Xidmətindən tələb etdiyi və qurumdan daxil olan məlumat əsasında məhkum M. Saakaşvilinin məhkəmə zalında görünməsi onun təhlükəsizliyi səbəbiylə risk daşıyır. Bu mərhələdə məhkum M. Saakaşvili müalicəsinin əhəmiyyətli bir hissəsini dayandırıb, onu məhkəməyə aparmaq, orada iştirak etməsi onun sağlamlığı üçün əlavə təhlükə yaradır.
Müvafiq qərar qəbul edildikdə, Xüsusi Penitensiar Xidmət təqsirləndirilən / məhkum M. Saakaşvilinin məhkəmə iclasında uzaqdan iştirakı, eləcə də məhkəmə iclasının təqsirləndirilənlər və məhkumlar üçün 18 saylı tibb müəssisəsində keçirilməsini təmin edəcək", - deyə məlumatda qeyd olunub.


