14 
May
2020
13:08
1229

İqtisadiyyat və Davamlı İnkişaf naziri gözəllik salonlarının necə işləyəcəyini izah etdi

"Hökumət hər şeyi edir ki, epidemiologiya durumuna müşahidə ilə, imkan təqdirində, iqtisadiyyatın bu və başqa sektoru daha sürətlə açılsın".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava bildirib.

Onun dediyinə görə, kiçik biznesin böyük seqmenti olan gözəllik salonları dövlətin prioritetidir.

Bununla yanaşı o, qeyd etdi ki, gözəllik salonları işə başladıqdan sonra məhdudiyyətlərə məsuliyyətlə yanaşmalıdırlar.

“Siz görürsünüz, hökumət hər şeyi edir ki, epidemiologiya durumunu müşahidə edərək, imkan təqdirində, iqtisadiyyatın bu və başqa sektoru daha sürətlə açılsın. Kiçik biznesin böyük seqmenti olan gözəllik salonları dövlətin prioritetidir və bizim üçün önəmlidir.

Bu gün biz görürük, epidemiologiya durumu bizə imkan verir ki, standartların müdafiəsi ilə ayın 18-dən gözəllik salonlarının açılması baş versin. Gözəllik salonları elektron növbə və sosial distansiya ilə işləyəcəklər”, – Natiya Turnava qeyd etdi.

Xatırladaq ki, 18 maydan gözəllik salonları və estetik salonları açılacaq.

Bizimlə əlaqə saxlayın