Bu gün Mixeil Saakaşvilinin məhkəməsi keçiriləcək
Bu gün, noyabrın 15-də vəsaitin mənimsənilməsi işi üzrə məhkəmə prosesi keçiriləcək.
InterPress.ge xəbər verir ki, məhkəmə prosesi Tbilisi Şəhər Məhkəməsində saat 11:00-a başlayacaq.
İş üzrə təqsirləndirilən Mixeil Saakaşvilinin məhkəməyə aparılıb-aparılmayacağı hələlik məlum deyil.
Sabiq prezidentin vəkili Beka Basilaianın sözlərinə görə, Saakaşvilinin məhkəməyə aparılması ilə ilə bağlı tələb bir neçə gün əvvəl Penitensiar Xidmətə göndərilib, ona görə də, aparılması üçün bütün hüquqi və prosessual əsaslar var.
Basilaia-nın sözlərinə görə, Cinayət Prosessual Məcəlləsinə, Gürcüstan Konstitusiyasına və İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasına əsasən, Mixail Saakaşvilinin prosesdə birbaşa iştirak etmək hüququ var və dövlət bunu təmin etməyə borcludur.


