Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin şəxsi həkimi Nikoloz Ğipşidze 18-ci Qldani Penitensiar Müəssisəsinin ərazisinə daxil olub.
InterPress.ge xəbər verir ki, O, bu barədə mətbuata açıqlama verməyib.
Qeyd edək ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili oktyabrın 1-də həbs edilib. Saakaşvili 45 gündür aclıq aksiyası keçirir. O, cəzasını Rustavi 12-ci Cəzaçəkmə Müəssisəsində çəkirdi və oktyabrın 8-də Qldani həbsxanasının tibb müəssisəsinə köçürülüb.
Mixail Saakaşvilinin tərəfdarları üçüncü prezidentin mülki klinikaya köçürülməsini tələb edirlər, çünki həbsxananın tibb müəssisəsi ona müvafiq tibbi xidmət göstərə bilmir.
