VMH partiyasının sədri sabah baş tutacaq aksiyalar barədə açıqlama verdi
“Milli Hərəkat”ın təşkilatçılığı ilə sabah müxtəlif tipli etiraz aksiyaları keçiriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının sədri Nika Melia parlament binası qarşısında keçirilən mitinqdə açıqlama verib.
Nika Meliyanın bildirdiyinə görə, mitinqlər təkcə Tbilisidə deyil, digər regionlarda da keçiriləcək.
“Sabah Tbilisidə bir neçə mühüm tədbirlər keçiriləcək və təkcə Tbilisidə deyil. İndi açıqlamayacağam sabah hərşeyi görəcəksiniz.
Çox yaxşı haldır ki, müxtəlif vətəndaş qrupları, müxalifət partiyası oğurlanan seçkiləri geri qaytarmaq, növbədənkənar seçkilərə damğasını vurmaq üçün bu ümumi etiraz hərəkatına qoşulur.
“Sabah saat 19:00-da burada "Utancdır" Rustaveli prospektində aksiya keçirəcək. Biz isə təkcə Tbilisidə deyil, müxtəlif yerlərdə müxtəlif etiraz aksiyaları keçirəcəyik”, - Melia bildirib.


