13 
Nybr
2021
11:16
580

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 4 565 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 780 391 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2 285 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 711 105 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 78 nəfər ölüb və ölənlərin ümumi sayı 10 894 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər