13 
Nybr
2021
10:35
1886

Saakaşvilinin sağlamlığı haqda son vəziyyət açıqlandı

"Mixail Saakaşvilinin qan təzyiqi ilə bağlı problemi var idi, lakin hazırda vəziyyəti stabilləşdi".

InterPress.ge xəbər verir ki, bu barədə onun şəxsi həkimi Nikoloz Ğipşidze məlumat verib.

Onun sözlərinə görə, Saakaşvili aclıq aksiyasını dayandırmır. 

"Prezidenti görmək imkanım oldu. Prezidentin qan təzyiqi ilə bağlı problemi oldu və bu axşam tənzimləndi, lakin belə davam etmək, belə müalicə mümkün deyil. Mən bunu hər gün deyirəm, amma Gürcüstan əhalisi bunu başa düşmür. Belə davam edərsə, hər gün daha da pisləşəcək. Bu gün də, dünən də təzyiqi yüksək idi, indi stabilləşdirdik, amma bu o demək deyil ki, sabah bu problem olmayacaq. Bu insan aclıq elan edib və müalicəyə ehtiyacı var. Aclığı dayandırmır və müalicə edilmir. Bu müəssisə xəstəxana deyil", - deyib Nikol Ğipşidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər