12 
Nybr
2021
21:30
398

Üç gürcü startap şirkəti dezinformasiyaya cavab proqramına başlayır

USAID-in maliyyə dəstəyi ilə üç gürcü startap şirkəti dezinformasiyaya cavab proqramına başlayır.

InterPress.ge xəbər verir ki, Sahibkarlıq Həftəsi çərçivəsində istifadəçilər dezinformasiyanın aşkarlanması və monitorinqi üçün onlayn alətləri sınaqdan keçiriblər.

Noyabrın ilk həftəsində bütün dünyada Sahibkarlıq Həftəsi qeyd olunur. Gürcüstan tarixində ilk dəfə dezinformasiya ilə mübarizə üçün innovativ texnologiyalar yaradan Pulsar AI, Meta Mine və wavetech.ai adlı üç gürcü startapı buna qoşulub. Dezinformasiya ilə mübarizə məqsədi daşıyan proqram müxtəlif innovativ texnologiyalara əsaslanır. Bu, həm Gürcüstanda, həm də xaricdə mövcud texnologiya məhsulları üzərində digər biznes təşəbbüsləri qurmaq üçün unikal imkan yaradır.

Həftə ərzində şirkətlər bu proqramların ilkin versiyalarını jurnalistlərə və dezinformasiya tədqiqatçılarına təqdim ediblər.

Şirkətlər müsabiqə yolu ilə seçilib və USAID bu texnologiyanın inkişafı üçün ümumilikdə 42 500 dollar ayırıb. Layihə “Zinc Network” və “Startup Grind” şirkətləri ilə birgə həyata keçirilir və digər startap şirkətləri ilə gələcək əməkdaşlıqları əhatə edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər