Gürcüstanda məktəblər sentyabrda açılacaqmı? Açıqlam
"Sentyabrda tədris prosesinin bərpa olunmayacağını gözləmirik".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktor müavini, Paata İmnadze onlayn mətbuat konfransında bildirib.
Bununla yanaşı, Paata İmnadze bildirib ki, koronavirusun qışda geri qayıda bilmə ehtimalı yüksəkdir.
″Sentyabrda tədris prosesinin bərpa olunmayacağını gözləmirik. Yay və payızın başlanğıcında, böyük ehtimalla, ümid edirik ki, koronavirus ilə əlaqədar nisbətən sakitçilik olacaq. Ancaq mən bilirəm ki, dünya elm xadimlərinin, koronavirusun yox olacağına ümid etməməli olduğumuza dair proqnozlarını qeyd etdikdə bu çox narahatlığa səbəb oldu. Əgər növbəti qış üçün virus əleyhinə effektiv vasitəyə, eləcə də peyvəndə sahib olmasaq, böyük ehtimalla koronavirus yenə də qayıdacaq. Bunun üçün biz daha pis ssenariyə hazırlıqlı olmalıyıq, çünkü hər zaman təhlükəni hazırlıqlı qarşılmaq, ona hazırsız yaxalanmaqdan daha yaxşıdır″, - deyə Paata İmnadze bildirib.