12 
Nybr
2021
15:03
503

“Milli Hərəkat”ın üzvləri və tərəfdarları Ədliyyə Nazirliyinə doğru yürüş edirlər

“300 Araqveli” metrostansiyası yaxınlığına toplaşan “Milli Hərəkat” üzvləri və tərəfdarları Ədliyyə Nazirliyinə doğru yürüş edirlər.  

InterPress.ge xəbər verir ki, etirazçılar “Mişa, Mişa” şüarları səsləndirirlər.

Vahid Milli Hərəkat Partiyasının üzvü Levan Xabeişvili etirazçılar qarşısında çıxış edərək bildirib ki, dövlətçiliyimizin ayaqlar altında qalmasına imkan verməmək üçün ədliyyə nazirinə səslərini eşitdirməlidirlər. 

"Biz hüquqi öhdəliyi Mixail Saakaşvilinin səhhətinin qayğısına qalmaq olan və bu günlərdə Rusiyanın agentinə çevrilmiş quruma doğru yürüş edirik. Buradan Ədliyyə Nazirliyinə gedirik.  Biz qorxaq Rati Breqvadzeyə səsimizi çatıdırmalıyıq ki, onun dövlətçiliyimizi tapdalamasına imkan verməyəcəyik”, - deyə Levan Xabeişvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər