12 
Nybr
2021
11:55
639

Vladimir Zelenski ilə İrakli Ğaribaşvili arasında telefon danışığı baş tutub

Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə telefon danışığında Mixail Saakaşvili məsələsini müzakirə etdiyini bildirib.

InterPress.ge xəbər verir ki, bu barədə Vladimir Zelenski Twitter-də yazıb.

"Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə telefon danışığında vurğuladım ki, Ukrayna vətəndaşı Mixail Saakaşvilinin hüquqları beynəlxalq normalara uyğun olaraq tam təmin edilməlidir. Mixail Saakaşvilinin anasının, qohumlarının və ukraynalı həkimlərin onun yanına buraxılması ilə bağlı müraciət etdim", - Vladimir Zelenski yazıb.

Bizimlə əlaqə saxlayın