Avropa Parlamentinin deputatı Anna Fotiqa Gürcüstandadır.
InterPress.ge xəbər verir ki, o, Qldanidəki 18-ci cəzaçəkmə müəssisəsinin tibb məntəqəsində Mixail Saakaşviliyə baş çəkəcək.
Anna Fotiqa ötən gecə Gürcüstana gəlib və jurnalistlərə kiçik şərhlərlə kifayətlənib.
“Mühüm missiyam var və görüşlərdən sonra şərh verəcəyəm”, - Anna Fotiqa bildirib.
Məlumat üçün bildirək ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili 43 gündür aclıq aksiyası keçirir.
