Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

WhatsApp-dan Zoom və Skype-a rəqib olacaq daha bir yenilik 

1,321
WhatsApp-dan Zoom və Skype-a rəqib olacaq daha bir yenilik 
Dinləmək üçün basın

WhatsApp messencerinin komandası müştərilərinin veb versiyası üçün yeniləmə hazırlayır. Artıq WhatsApp Veb-də çox sayda iştirakçı üçün video konfrans mümkün olacaq. Ən son WhatsApp Veb yeniləməsi olan 2.2019.6…

WhatsApp messencerinin komandası müştərilərinin veb versiyası üçün yeniləmə hazırlayır. Artıq WhatsApp Veb-də çox sayda iştirakçı üçün video konfrans mümkün olacaq. Ən son WhatsApp Veb yeniləməsi olan 2.2019.6 versiyasında yenilik hələ ki mövcud deyil. Buna baxmayaraq, tərtibatçılar Messenger Rooms Shortcuts yeniliyini təqdim etməyə hazırlaşırlar.

InterPress.ge xəbər verir ki, Messenger Rooms xidməti Feysbuk tərəfindən aprel ayının sonlarında istifadəyə verilib. Bu xidmət 50 nəfər iştirakçı ilə qrup zəngləri etməyə imkan verir.

Feysbuk şirkəti Messenger Rooms Shortcuts xidmətini populyar WhatsApp messencerilə birləşdirir. Bu yenilik vasitəsilə Messenger Rooms Shortcuts istifadə edərək istifadəçilər öz qrup video zənglərini işə sala və insanları birbaşa WhatsApp Vebdən dəvət edə bilərlər.

Qeyd edək ki, bu yaxınlarda WhatsApp 8 iştirakçı üçün video zənglərə dəstək məqsədilə mobil cihazlarda yeni funksiyasını təqdim edib. WhatsApp-ın yeni funksiyasının Messenger Rooms ilə inteqrasiyası kompüterdə 50 nəfərlə video zəng etməyə imkan verəcəkdir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →