Penitensiar Xidmət Mixail Saakaşvilinin daha bir videogörüntüsünü yayıb.
InterPress.ge xəbər verir ki, görüntülərdə Mixail Saakaşvilinin tibb müəssisəsinə aparıldığı əks olunub.
“İctimai marağın yüksək olması səbəbindən məhbus Mixail Saakaşvilinin 12-ci cəzaçəkmə müəssisəsindən təqsirləndirilən və məhkumlar üçün 18-ci tibb müəssisəsinə aparılmasını əks etdirən videogörüntüləri dərc edirik. Kadrlarda onun qurumun əməkdaşlarının qanuni göstərişlərinə necə tabe olmadığı, aqressiv davranması və onları şifahi şəkildə təhqir etməsi açıq-aydın görünür”, - deyə məlumatda bildirilir.
