11 
Nybr
2021
16:17
934

Müxalifət partiyası ədliyyə nazirinin istefasını tələb edir

"Droa" partiyası ədliyyə nazirinin istefasını tələb edir.

InterPress.ge xəbər verir ki, bu barədə partiya üzvü Qiqa Lemonjava brifinqdə bildirib.

Onun sözlərinə görə, onlar məsələ ilə bağlı müxalifət partiyaları ilə məsləhətləşmələr aparacaqlar.

“Ədliyyə Nazirliyinin yaydığı kadrlarda insan haqlarının pozulması ilə bağlı çox ağır faktlar var. Burada çox ağır cinayətlər görünür. Bir tərəfdən, bu, şəxsi məlumatların qanunsuz ictimailəşdirilməsidir, digər tərəfdən, biz Gürcüstanın üçüncü prezidentinə qarşı işgəncə, qeyri-insani və ləyaqət alçaldan rəftar görürük. Beləliklə, son günlər sistemli şəkildə Gürcüstan qanunvericiliyini və beynəlxalq standartları pozaraq cinayətlər törədən ədliyyə nazirinin istefasını zəruri hesab edirik. Hüquqi hissədən başqa, bu, son vaxtlar gürcü siyasi məkanında baş verən ən mənəviyyatsız hərəkətlərdən biridir”, - Qiqa Lemonjava bildirib.

Bizimlə əlaqə saxlayın