Ramazan ayının 20-ci gününün imsak, iftar duası və vaxtları
Ramazan təqviminə əsasən, mayın 14-də imsak Tbilisi vaxtı ilə saat 03:48-də, iftar vaxtı isə 20:31-dədir. İftar vaxtı bir neçə dəqiqə ehtiyyat etmək məsləhət görülür.
20-ci günün imsak vaxtının duasını təqdim edirik:
Duanın oxunuşu: “Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Qur-an. Ya munziləs-səkinəti fi qulubil-mu-minin!”.
Tərcüməsi: “İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni “Quran” oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah!”
İftar duası:
Duanın oxunuşu: “Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”
Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”
Allah orucunuzu qəbul etsin!


