Gürcüstanda noyabrın 16-dək olan hava proqnozu açıqlandı
Noyabrın 11-də Gürcüstanın bəzi rayonlarında yağışlı hava şəraiti günün ikinci yarısına kimi davam edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.
Noyabrın 12-dən noyabrın 16-dək Qərbi Gürcüstanda isti və yağmursuz hava şəraiti gözlənilir. Noyabrın 11-12-də havanın temperaturu +10, +15 dərəcə, noyabrın 13-15-də isə +17, +22 dərəcə təşkil edəcək.
Noyabrın 11-12-də Şərqi Gürcüstanın bəzi yerlərində az yağış yağacağı və duman olacağı gözlənilir. Havanın temperaturu +6, +11 dərəcə təşkil edəcək. Bundan əlavə, noyabrın 16-dək yağıntı gözlənilmir, havanın temperaturu +11, +16 dərəcəyədək yüksələcək.
Noyabrın 11-12-də Tbilisidə az yağış yağacağı, duman olacağı gözlənilir. Havanın temperaturu +9,+11 dərəcə olacaq, sonra yağış gözlənilmir, havanın temperaturu gün ərzində +14,+16 dərəcəyədək yüksələcək.


