10 
Nybr
2021
16:58
829

Acarıstan Ali Şurasında Vahid Milli Hərəkat fraksiyası boykot rejiminə keçir

Acarıstan Ali Şurasında Vahid Milli Hərəkat fraksiyası boykot rejiminə keçir.

InterPress.ge xəbər verir ki, bu barədə Fraksiya sədri Elquca Baqrationi məlumat verib.

Onun sözlərinə görə, "Dövləti idarə etməyin hər üç qolunu bir oliqarx ələ keçirib və yeganə çıxış yolu boykotdur”. 

Elquca Baqrationinin dediyinə görə, hakimiyyət seçki yolu ilə dəyişdirilməlidir.

"Ölkənin üçüncü prezidenti Mixail Saakaşvili siyasi motivlərlə mühakimə olunur. Ona ədalətli mühakimə olunmaq hüququ vermirlər. Hakimiyyət onun tibb müəssisəsində tibbi yardım almasından imtina etdikdə onun səhhəti təhlükə altındadır.

Oktyabrın 2-də yerli seçkilərin birinci və ikinci turlarının hansı şəraitdə keçirildiyini yaxşı gördük. Hakimiyyət komandası Gürcüstan əhalisinin əksəriyyətini terror içində yaşatdı, bütün seçki dövrü seçicilərə hədə-qorxu gəlmək, rüşvətxorluq, sosial cəhətdən zəif olan vətəndaşların sosial yardımdan məhrum edilməklə qorxudulması, ailə üzvlərinin hakim partiyanın dəstəklənməsində fəal iştirak etmədiyi təqdirdə dövlət qulluqçularının işdən çıxarılması, özəl sektora təzyiq şəraitində davam edirdi, şirkət rəhbərləri işçiləri hakimiyyət namizədlərini dəstəkləməyə məcbur etməklə hədələyirdilər.

Seçki prosesində cinayətkarların iştirakı olub. Onlara müşahidəçi təşkilatının vəsiqələri verilərək küçədən seçki məntəqələrinə getmələri tapşırılıb. “Gürcü Arzusu”nun təşviqatçıları guya seçki komissiyalarına neytral üzv olaraq təyin ediliblər, əslində hakimiyyətdə olan şəxslər seçkiləri oğurladılar, xalqı azad seçim hüququndan məhrum etdilər.

Düşünürəm ki, bizim fraksiya boykot rejiminə keçməlidir, çünki dövləti idarə etmənin hər üç qolu - qanunvericilik, icra və məhkəmə hakimiyyəti bir oliqarxın əlinə keçib. Ona görə də hesab edirəm ki, boykot və etiraz xalqı seçkilərə qaytarmağın yeganə yoludur, hakimiyyəti seçki yolu ilə dəyişmək hüququ və imkanıdır”, - Baqrationi bəyanatında bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər