10 
Nybr
2021
16:35
3916

Mixail Saakaşvilinin vəkilləri məhkəmə zalını tərk etdilər

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin vəkilləri Beka Basilaia və Şota Tutberidze məhkəmə zalını tərk ediblər. 

InterPress.ge xəbər verir ki, onlar hakim Saakaşvilinin digər vəkilləri Nika Qvaramia və Dimitri Sadzaqlişvilini məhkəmə zalına buraxmaqdan imtina etdikdən sonra etiraz əlaməti olaraq oranı tərk ediblər.

Hakimin sözlərinə görə, iclas artıq başladığı üçün vəkillər məhkəmə zalına daxil ola bilməzlər.

“Davam etməyin mənasını görmürəm, sizlə sağollaşıram. Lakin mən bir sıra məsələlərə, o cümlədən onun hüquqi dəstəyinin necə təmin olunmasına aydınlıq gətirilənə qədər Saakaşvilini müdafiə etməkdən imtina etməyin mənasını görmürəm”, – Basilaia bildirib.

 

Bizimlə əlaqə saxlayın