“Milli Hərəkat”ın Ədliyyə Nazirliyi qarşısında keçirdiyi aksiya başa çatdı
“Milli Hərəkat” üzvlərinin və onların tərəfdarlarının Ədliyyə Nazirliyi qarşısında keçirdikləri aksiya başa çatıb.
InterPress.ge xəbər verir ki, “Milli Hərəkat”ın liderləri və tərəfdarları ərazini tərk ediblər.
Etirazçılar Mixail Saakaşvilinin mülki klinikaya aparılmasını və sərbəst buraxılmasını tələb ediblər.
Hazırda ərazidə sakitlik hökm sürür, lakin bir müddət əvvəl Vahid Milli Hərəkat Partiyasının üzvü Levan Xabeişvili ilə Daxili İşlər Nazirliyinin nümayəndəsi Temur Kupatadze arasında qarşıdurma yaranıb. Mübahisə Xabeişvilinin Kupatadzenin Mçxetada bir neçə milyonluq torpaq sahəsi alması barədə bəyanatından sonra yaranıb. Bu bəyanatdan sonra Kupatadze Xabeişvilidən dediklərini təsdiqləmək üçün dəlil və arqumentlər istəyib. Vəziyyət hüquq-mühafizə orqanları tərəfindən sakitləşdirilib.


