10 
Nybr
2021
11:46
660

Fəallar DTX yaxınlığındakı yolu bağladılar

Müxalifətin etiraz aksiyası keçirdiyi Dövlət Təhlükəsizliyi Xidmətinin binası yaxınlığında səs-küy və hüquq-mühafizə orqanları ilə qarşıdurmalar davam edir.

InterPress.ge xəbər verir ki, fəallar və “Milli Hərəkat”ın tərəfdarları yolu bağlayıb və bir müddət nəqliyyat vasitələrinin tam hərəkətinə imkan verməyiblər. 

Aksiyada bir neçə nəfər inzibati xətaya görə saxlanılıb.

Patrul Polis İdarəsinin rəisi Vaja Siradzenin sözlərinə görə, onlar DTX binasını bloklamağa çalışıblar.

Müxalifət 4 yerdə aksiya keçirir. Etirazçılar Mixail Saakaşvilinin mülki klinikaya aparılmasını, həmçinin DTX rəhbəri Qriqol Liluaşvili ilə görüş tələb edirlər, çünki bu qurumun rəhbərinin göstərişi ilə vətəndaşların qeyri-qanuni monitorinqi aparıldığını deyirlər.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər