10 
Nybr
2021
11:14
1422

Sinoptiklər noyabrın 10-dan sonra Gürcüstanda gözlənilən hava şəraitini açıqladı

Noyabrın 10-da Gürcüstanda ötən günlərlə müqayisədə soyuq və rütubətli hava kütlələrinin olacağı, şimşək çaxacağı, bəzi yerlərdə güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumata görə, güclü qərb küləyi əsəcək, dənizdə 4-5 bal gücündə fırtına ola bilər.

Gözlənilən güclü yağışlar Gürcüstan çaylarında suyun səviyyəsini əhəmiyyətli dərəcədə artıra, ölkənin dağlıq ərazilərində sürüşmələrə səbəb ola bilər.

Noyabrın 10-da Şərqi Gürcüstanda havanın temperaturu maksimum +19 dərəcəyə qədər istiləşəcək və bəzi yerlərdə yağış yağacaq, noyabrın 11-də isə temperatur +10 dərəcəyə enəcək və yağış davam edəcək.

Noyabrın 10-da Qərbi Gürcüstanda yağış yağacaq, temperatur +17 dərəcə olacaq. Noyabrın 11-dən yağış dayanacaq, lakin temperatur +14 dərəcəyə enəcək.

Noyabrın 12-14-də bütün Gürcüstanda hava açılacaq. Maksimal temperatur +14 dərəcə təşkil edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər