Bu gün Mixail Saakaşvilinin məhkəməsi keçiriləcək
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin cinayət işi üzrə məhkəmə prosesi bu gün, saat 13:00-da keçiriləcək.
InterPress.ge xəbər verir ki, vəkillərin və müttəhimin özünün iclasın məhkəmədə keçirilməsi ilə bağlı vəsatətinə baxmayaraq, prosesin yeri hələlik məlum deyil.
Vəkillərin bildirdiyinə görə, məhkəmə məhbusun müəssisədən köçürülməsi ilə bağlı tələb irəli sürsə də, hələlik cəzaçəkmə müəssisəsinin mövqeyi bəlli deyil. Penitensiar Xidmətin razılığı halında, bir neçə illik məhkəmə müzakirələrindən sonra Mixail Saakaşvili ilk dəfə olaraq öz cinayət işində iştirak edə biləcək.
Dövlət ittihamnaməsində Mixail Saakaşvili 2007-ci il noyabrın 7-də nümayişçilərin kütləvi şəkildə dağıdılmasında, İmedi TV-yə basqın etməkdə və Badri Patarkatsişvilinin əmlakını cinayətlə ələ keçirməkdə ittiham olunur.
Gürcüstanın keçmiş prezidentinə Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin üçüncü hissəsi ilə ittiham irəli sürülüb ki, burada da 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.


