Yanvar ayından etibarən bu şəxslərin maaşlarının artırılması planlaşdırılır
Yanvar ayından müəllimlərin, resurs işçilərinin, məktəb inzibati heyətinin və sosial işçilərin maaşları artacaq.
InterPress.ge xəbər verir ki, bu barədə 2022-ci ilin büdcə layihəsinin yenidən hazırlanmış variantında qeyd olunub.
O cümlədən, layihənin ikinci təqdimatına əsasən, Təhsil və Elm Nazirliyinin maliyyələşdirilməsi 22,3 milyon lari artırılıb ki, bu vəsait çərçivəsində müəllimlərdən əlavə, məktəb inzibati işçilərinin maaşlarının 10% artırılması nəzərdə tutulur.
Eyni zamanda, büdcədən ayrılan maliyyələnin artırılması resurs işçilərinin və sosial işçilərin maaşlarının artırılmasını nəzərdə tutur.
Bundan əlavə, digər dövlət qulluqçularının: polis, kənd həkimləri, tibb bacıları, bütün təcili yardım işçilərinin maaşlarının artırılması planlaşdırılır.


